Daxili izlər Nazirliyi imizlidə aclıq aksiyası keçirən Musa Rahimi macəraçı adlandırdı

img

20-05-2012 [12:33]


İmişlidə sabiq AMİP-çi, fəal mübariz Musa Rahimin uşaq baxçalarının ayrı-ayrı sahibkarlara satılmasına etiraz əlaməti olaraq keçirdiyi aksiyaya polisin müdaxilə etməsi və onu hədələməsi barədə Müstəqil İnformasiya Agentliyinin dərc etdiyi xəbərə Daxili İşlər Nazirliyi rəsmi münasibət açıqlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mia.az-a deyib ki, Musa Rahimin polis kapitanı Elsevər Nifəliyevin bu yaxınlarda onu təhdid etməsi barədə yaydığı xəbər yalandır: ?Agentlikdə dərc olunan xəbərdən sonra araşdırma apardıq. Aydın oldu ki, o, macərə axtaran bir insandır. Tez-tez ictimai diqqəti özünə cəlb eləmək üçün müxtəlif belə aksiyalara əl atır, gah evinin damına, gah divarlarına şüarlar yazaraq, orjinal aksiyalar keçirməyə meylli bir adamdır. İndi də yaşadığı evinin üstünə bir şüar vurub, guya uşaqların hüquqlarını qorumağa çalışdığını bəyan edir. Bununla bağlı bir neçə dəfə sahə rəisi Elsevər Niftəliyev onunla proflaktik söhbətlər aparmağa çalışıb. Lakin o, xoşniyyətli bu söhbətlərdən şou düzəltməyə cəhd edərək, polisin nüfuzuna xələl gətirən açıqlama yayıb. Bildirirəm ki, polis kapitanının onu guya təhdid etməsi barədə iddiaları tamamilə yalan və böhtandan ibarətdir?. DİN rəsmisi onu da bildirib ki, Musa Rahim barəsində bir neçə il əvvəl xuliqanlıq maddəsi ilə həbs cəzası da olub: ?5 il buna görə məhkumluq həyatı da yaşayıb. Belə bir adamın yenidən polisə böhtan atmasına təəssüflənirik?. Xatırladaq ki, Mussa Rahim evinin üzərinə ?Mərkəz, uşaq baxçasını məsum körpələrə qaytar!!? şüarı vuraraq, mayın 10-dan aclıq aksiyasına başlayıb. Musa Rahim ötən gün ?Facebook? sosial şəbəkəsində İmişli rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Elsevər Niftəliyevin bu yaxınlarda onu təhdid edib və hansı yolla olursa-olsun həbs edəcəklərini bildirdiyni yaymışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA