Alim vicdan məhbusları ilə bağlı prezidentə müraciət etdi

img

19-05-2012 [08:35]


Azərbaycan Respublikası Prezidentliyinə keçmiş namizəd, Fizika-riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Qüdrət İsakov vicdan məhbusları ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik: "Cənab prezident! Başda istiqlalçı deputat Arif Hacılı olmaqla bütün vicdan məhbusları dərhal azad olunmalıdılar. İnsan hüquq və azadlıqları uğrunda mübarizə aparan vətəndaşlarımızın həbsxanalara salınması Azərbaycanın və Azərbaycan hökumətinin beynəlxalq imicinə ciddi zərbə vurur. 4 gün öncə həbsxanada və həbsxana xaricində vicdan məhbuslarının azadlığa buraxılması naminə baş verən aclıq aksiyaları ölkəmizdə keçiriləcək dünyanın ən böyük musiqi yarışmasının müsbət effektinə mənfi zərbələr vurur. Dövlət hakimiyyəti orqanlarının isə ümdə vəzifəsi dövlətin imicini qorumaq və onu istənilən neqativ hallardan mühafizə etməkdir. Azərbaycan vətəndaşı, alim və ictimai-siyasi xadim olaraq, Avrovision yarışması öncə ölkəmizin imicinin zədələnməsi, Avropa mətbuatının sistemli şəkildə Azərbaycanı kəskin tənqid etməsi və aşağılaması məni ciddi şəkildə narahat edir. Bütün bu deyilənlərlə yanaşı hər bir vicdan məhbusu bir ailənin başçısıdır. Ailələləri onlara və onların evə gətirdiyi çörəyə möhtacdır. Ona görə də Sizdən xahiş edirəm başda istiqlalçı deputat Arif Hacılı olmaqla bütün vicdan məhbuslarını həbsdən azad edəsiniz! Hörmətlə, Qüdrət İsaqov, Azərbaycan Respublikası Prezidentliyinə keçmiş namizəd, Fizika-riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının akademiki".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA