Pənah Hüseyn aclıq aksiyasına qozuldu

img

19-05-2012 [12:09]


Vicdan məhbuslarının azadlığa buraxılması tələbi ilə may ayının 15-dən Müsavat Partiyasının qərargahında başlayan aclıq aksiyasına hər keçən gün yeni-yeni İP üzvləri, fəallar qoşulur. Musavat.com-a verilən məlumata görə, bu gün saat 11.30 radələrində İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn də aclıq aksiyasına qoşulub. Qeyd edək ki, 5 gündür davam edən aclıq aksiyasının miqyası və əks-sədası günbəgün genişlənir. Ölkəmizə gələn xarici jurnalistlər aksiya iştirakçılarını ziyarət edir, onların tələbləri ilə tanış olur, söhbətlərini dinləyir. Aksiyanın başlıca tələbi keçən ilin aprelində qanunsuz olaraq saxlanılan, əsassız ittihamlara mühakimə edilən, təqsir olduqları halda cəza çəkməyə məcbur edilən müxalifət fəallarının azad edilməsidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA