Ruslan Bəzirli yeni təzkilatını təqdim etdi

img

18-05-2012 [03:32]


Bu gün (18 May) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində keçmiş siyasi məhbus Ruslan Bəşirlinin yeni qurduğu ?Vətəndaş Hüquqlarına Dəstək? İctimai Birliyinin təsis edilməsi məqsədilə mətbuat konfransı keçirilib. Tədbiri Ruslan Bəşirli açaraq mətbuat konfransında iştirak edənlərə təşəkkürünü bildirib. O, ilk olaraq bildirib ki, bundan sonra siyasi fəaliyyətlə məşğul olmayacaq. Ruslan daha sonra yeni təsis etdikləri "Vətəndaş Hüquqlarına Dəstək" İB-in həmtəsisçisi Xətai Qasımovu təqdim edib, gələcək fəaliyyət istiqaməti haqda danışıb: "2004-cü ildə, həbsdən bir il öncə "Yeni Fikir Gənclər Hərəkatı" yaratmışdıq. Bu təsisat bir növ iş işimizin davamı olacaq. Əsas fəaliyyət istiqamətlərimiz həbsxanaların monitorinqi, mülkiyyət hüququnun qorunması ilə bağlı işlər, sovet dövründə əhalinin banklarda qalan əmanətlərinin qaytarılması proseduru vaxtı yarana biləcək problemlər və s. bu kimi məsələlərlə məşğul olacağıq". Ruslan Bəşirli həmçinin qeyd edib ki, bir çox yerlərdən, xüsusilə bəzi əfirliklərdən ona təzyiqlər olur ki, yenidən siyasi fəaliyyətə başlasın, amma Ruslan bunu etməyəcəyini qeyd edib. Daha sonra konfrans iştirakçıları Ruslan Bəşirliyə suallar ünvanlayıb, keçmiş siyasi məhbus isə onları cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA