Nar nömrələrində problemlər yaranıb; istifadəçilərin narazılığı pik həddə!

img

18-05-2012 [10:01]


Bu gün səhər saat 07.30 radələrindən ?Azərfon? şirkətinin istismarında olan ?Nar? telefon nömrələrində ciddi problemlər yaranıb. Belə ki, ?nar? nömrə istifadəçiləri səhərdən bu dəqiqələrə qədər şəbəkəiçi və şəbəkəxarici abonentlərlə əlaqə qurmaqda çətinliklə üzləşiblər. Hər zəng zamanı ?şəbəkə məşğuldur? sözləri ekrana çıxır. Müstəqil İnformasiya Agentliyi bu dəqiqələrə qədər problemlə bağlı aidiyyatı şirkətlə əlaqə yaradıb, məsələyə münasibət öyrənməyə çalışsa da, bu, mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA