iqtisad Universitetində müdhiz qalmaqal

img

17-05-2012 [12:47]


[b]Prorektor kafedradakı təlim-tərbiyədən narahatdır; qadın müəlliməni həyat yoldaşı ilə üz-üzə qoyublar [/b] Dövlət İqtisad Universitetində növbəti qalmaqal yaranıb. Universitetin ümumi işlər üzrə prorektoru Elçin Əliyevin rektor Şəmsəddin Hacıyevə ünvanladığı rəsmi sənəddə ?Ticarət? kafedrasında baş verən müdhiş qalmaqal və bundan qaynaqlanan şok faktlara toxunulub. Müstəqil İnformasiya Agentliyinə daxil olan həmin sənəddə elə faktlara toxunulub ki, bir ali təhsil müəssisəsində yaşananlara yalnız acımaq olar. Prorektor Elçin Əliyevin imzaladığı sənəddə yazılır ki, ?Ticarət? kafedrasının 8 qadın əməkdaşının kafedrada baş verən özbaşınalıqlarla bağlı müraciəti araşdırılıb: ?Kafedranın əməkdaşlarından bəziləri, o cümlədən dos. R.Axundbəyli, dos. M.Ağamalıyev, dos. E.Məmmədov və başqaları tez-tez kafedra müdiri, professor Kərim Paşayevin fəaliyyətindən Sizə şikayət edirlər. Araşdırılan müraciətdə kafedranın 8 nəfər qadın əməkdaşının kafedra müdirini müdafiə etməyə cəhd göstərməsi sübut edir ki, kafedrada təlim-tərbiyə işi lazımi səviyyədə deyildir və bu kafedra müasir tələblərə uyğun idarə olunmur. Təbii ki, belə bir psixoloji durumda olan kafedrada yüksək səviyyəli tədrisdən danışmaq olmaz. Vəziyyət elə bir səviyyəyə çatmışdır ki, kafedranın qadın əməkdaşı öz həyat yoldaşının, uşaqlarının atasının əleyhinə yazılmış şikayət məktubuna imza atır. Bu kafedrada müəllimlə kafedra müdirinin bir-birini təhqir etməsi, bir-birinə küçə söyüşləri söyməsi adi hala çevrilmişdir. Şəraitin dözülməz hala çatması və son nəticədə bu vəziyyətin ümumi işə mane olması bizdə belə bir fikir formalaşdırmışdır ki, kafedranın fəaliyyəti kompleks şəkildə yoxlanılıb, müzakirə edilməli və onun səmərəli idarə olunmasını təmin etmək üçün tədbirlərin görülməsinə ehtiyac vardır?. Maraqlı burasıdır ki, prorektorun bu məktubundan sonra həmin kafedrada hər hansı bir yoxlama aparılıb, tədbir görülməyib. Kərim Paşayev yenə də kafedra müdiri kimi vəzifəsinin başındadır, üstəlik, orada hər hansı bir kadr dəyişikliyi də həyata keçirilməyib. Məsələ ilə bağlı mia.az-a danışan professor Kərim Paşayev hadisənin xeyli əvvəl baş verdiyini deyib və əlavə edib ki, ortada onluq məsələ olmayıb. Amma prorektorun imzaladığı sənəddən bir neçə cümləni professora oxuyanda, tələsik ?O şikayətin hazırlanmasında, imzalanmasında mənlik heç nə olmayıb. Məhərrəm Ağamalıyevin arvadı Kifayət Ağamalıyeva ərinin əleyhinə imza atıb?, - deyərək, sözümüzü kəsdi. Professora, sənəddə adının bir neçə yerdə hallanması, müəllimlərlə bir-birlərini təhqir etməsi kimi ifadələrin yer almasını xatırlatdıqda isə, o, prorektor Elçin Əliyevdən narazılığını büruzə verərək, söhbətdən yayındı: ?Elçin Əliyev bu materialı necə araşdırıb, yayırsa, gedin, onunla danışın?. Kərim Paşayevdən prorektor Elçin Əliyevin telefon nömrələrini almaq istədik. Amma o, ?mən bilmirəm?,- deyib, dəstəyi asdı. Həm E.Əliyev, həm rektor Şəmsəddin Hacıyevlə əlaqə yaratmaq cəhdlərimiz mümkün olmadı. Onların da fikirlərini öyrənməyə çalışacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA