Aclıq aksiyası keçirən imizli sakinini polis kapitanı təhdid edib

img

17-05-2012 [11:13]


İmişlidə sabiq AMİP-çi, fəal mübariz Musa Rahimin uşaq baxçalarının ayrı-ayrı sahibkarlara satılmasına etiraz əlaməti olaraq keçirdiyi aclıq aksiyasına polis müdaxiləsi başlayıb. Yaşadığı evinin üstünə ?Mərkəz, uşaq baxçasını məsum körpələrə qaytar!!? şüarı da vuraraq, mayın 10-dan etiraz aksiyasına başlayan Musa Rahim bu barədə ?Facebook? sosial şəbəkəsindəki profildə məlumat yayıb. M.Rahim polisin onu təhdid etdiyini yazıb. Musa Rahim yazıb ki, İmişli rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Elsevər Niftiyev bu yaxınlarda onu təhdid edib və hansı yolla olursa-olsun həbs edəcəklərini bildirib. Amma o, bu təhdidlərdən çəkinən deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA