?Vətəni tanı?nın finalı keçirildi

img

16-05-2012 [08:03]


Bu gün Səbail rayonundakı 132-134 saylı təhsil kompleksində Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə keçirilən ?Vətəni tanı? adlı ümumrespublika kampaniyasının Bakı şəhəri üzrə final mərhələsi olub. Kampaniya Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilir. Tədbirdə Milli Məclisin deputatı Fuad Muradov, 132-134 saylı təhsil kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova, Milli Şuranın baş katibi Orxan Ərəbov çıxış edərək ?Vətəni tanı? ümumrespublika kampaniyasının məqsəd və məramından danışıblar. Bildiriblər ki, bir ildən çoxdur ki, davam edən və respublikanın bütün məktəblərini əhatə edən kampaniyanın məqsədi prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin fəal təbəqəsi olan gənclər tərəfindən dəstəyi aydın şəkildə nümayiş etdirmək, bir daha dünya ictimaiyyətinə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu çatdırmaq, vətənimizin ərazi bütövlüyünü bəyan etmək, ölkəmizin ərazi vahidlərini dərindən öyrənməkdə gənclərə yardımçı olmaqdır. Natiqlər layihənin gənclərimizin vətənimizi, regionları, ayrı-ayrı rayonlarımızı coğrafi baxımdan daha yaxşı tanıması baxımından əhəmiyyətini vurğulanıblar. Gənclərin böyük marağına səbəb olan bu layihənin Dövlət Gənclər Proqramına salındığı diqqətə çatdırılıb. Yarışmada paytaxtın 11 rayonu üzrə keçirilmiş seçim turlarının qalib olmuş 22 şagird iştirak edib. Onlar Azərbaycan xəritəsini elektron proqramla və keçməcə şəklində toplanıblar. Bakı şəhəri üzrə final mərhələsində paytaxtın Binəqədi rayonun 126 saylı orta məktəbinin şagirdi Göyçək Alıyeva və Yasamal rayonun 175 nömrəli orta məktəbinin şagirdi Milana Bilalova daha uğurla çıxış ediblər. Hər iki iştirakçı respublika final mərhələsində Bakını təmsil etmək hüququ əldə ediblər. Qeyd edək ki, ?Vətəni tanı? ümumrespublika maarifləndirici kampaniyası çərçivəsində ölkə üzrə bu günə qədər 64 inzibati ərazi vahidindən 12 mindən çox fəal gənc iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA