Anjey Kasprzik: ?Hiss edirəm ki, Azərbaycan xalqının səbir kasası dazıb?

img

16-05-2012 [03:07]


Cəbhə xəttində keçirilən monitorinq başa çatıb. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqovun açıqlamasında bildirib ki, ATƏT nümayəndələri ilə görüşündə icra başçısı Şahin Məmmədov son zamanlar cəbhə bölgəsində gərginliyin yarandığını bildirib. O qeyd edib ki, 12 apreldən bu günə qədər ermənilər atəşkəsi 271 dəfə pozub. Bu da ötən aykı monitorinqdən 2 dəfə çoxdur. Şahin Məmmədov həmçinin onu da bildirb ki, ermənilər Azərbaycanın 1 zabitini öldürüb. Ş.Məmmədov ermənilərin tez-tez atəşkəsi pozmasına əsas səbəb kimi Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi və ?Eurovision?a ev sahiblik etməsindən qısqanmalarının olduğunu bildirib. O həmçinin vurğulayıb ki, ermənilərin atəşkəsi intensiv pozmasından daha çox sadə kəndlilər əziyyət çəkirlər. Onlar əkin sahələrinə çıxa bilmirlər. Əbülfət Tapdıqovun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik icra başçısı ilə görüşündədoğrudan da cəbhə bölgəsində gərginliyin artdığını bildirib. ?Mən hiss edirəm ki, artıq Azərbaycan xalqının səbir kasası daşıb?, - deyə Anjey Kasprşik bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA