Deputatlar Litvadakı diasporla görüzüblər

img

16-05-2012 [01:39]


Millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Litvada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə görüşüblər. Millət vəkilləri ?Sosial Media və Gənclik? adlı IV Avrasiya Gənclik Forumunda iştirak ediblər. ?Litva Azərbaycanlıları ? cəmiyyətinin sədri Mahir Həmzəyev, ?Günəş? assosiasiyasının sədri Sadıq Nurullayev, ?Azəri? cəmiyyətinin sədri Kamal Zülfiyevlə görüşdə millət vəkilləri bildiriblər ki, Azərbaycanla Litva arasında bütün sahələrdə əməkdaşlıq getdikcə daha da sürətlənir və bu ölkədə yaşayan azərbaycanlıların Azərbaycan həqiqətlərinin, tarixinin, mədəniyyətinin Litva cəmiyyətinə daha da geniş şəkildə çatdırılmasında səylərini artırması çox vacib və önəmlidir. Litvanın qondarma erməni soyqırımı iddialarını tanıyan ölkələrdən biri olmasından narahatlıqlarını bildirən millət vəkilləri harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının, Azərbaycan diaspora təşkilatlarının Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalarını sürətləndirmələrinin vacibliyini vurğulayıblar. ?Litva Azərbaycanlıları ? cəmiyyətinin sədri Mahir Həmzəyev, ?Günəş? assosiasiyasının sədri Sadıq Nurullayev, ?Azəri? cəmiyyətinin sədri Kamal Zülfiyev millət vəkillərinə Litvada gördükləri işlər, həyata keçirməyi planlaşdırdıqları layihələr barədə ətraflı məlumatlar verib və geniş fikir mübadiləsi aparılıb.#601;kda

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA