Azərbaycanın nüfuzlu məmurlardan biri haqda inanılmaz zok xəbər

img

16-05-2012 [01:00]


Azərbaycanın nüfuzlu məmurlardan biri vəhabiliyi qəbul edib, bu təriqətin şərtlərinə nöqtə-vergülünə qədər əməl edir. Amma vəzifəsinə və ictimaiyyətin qınağına görə, o, bunu nə geyimində, nə də əməllərində açıq büruzə verir. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə nazirə yaxın olan şəxs deyib. Həmin məmurun hansı vəzifəni tutması və adı bizə bəllidir. Amma informasiyanı dəqiqləşdirmək imkanımız olmadığından adını yazmırıq. Mənbə isə iddia edir ki, bir neçə il əvvəl həmin məmurun doğmalarından biri haqq dünyasına qovuşub və onun yas mərasimini də vəhabilər aparıb: ?İnanın, dəfn mərasimini də şalvarının balağı qısa, uzun saqqalı, bığsız vəhabi dindar məmurun gözləri qarşısında həyata keçirdi. Düzdür, mərasimdə bizim qəbul etdiyimiz molla da var idi. Amma o, səlahiyyətsiz durumdaydı...?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA