ilham Əliyev MDB Dövlət Bazçıları Şurasının iclasında iztirak edib

img

15-05-2012 [11:51]


Bu gün Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilib. Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edib. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi və iclasda iştirak edən digər dövlət başçılarını qarşılayıb. İclası açan Putin birliyin üzvü olan ölkələrin dövlət başçılarına dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirib. Sonra hazırda MDB-yə sədrlik edən Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov çıxış edib. İclasda dövlət başçıları MDB məkanında müxtəlif sahələrdə əməkdaşlığın və inteqrasiya proseslərinin inkişafına dair fikir mübadiləsi aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA