Arif Hacılı və məhbəs dostları aclıq aksiyasına bazlayıb

img

15-05-2012 [06:36]


İctimai Palatanın ötən ilin aprelində keçirdiyi kütləvi aksiyada saxlanılan şəxslərdən bir neçəsi həbsxanada aclıq aksiyasına başlayıb. Müsavat Partiyasından verilən məlumata görə, mayın 15-də başlayan aksiyaya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbasl, onun müavini Əhəd Məmmədli, partiyanın üzvləri Ülvi Quliyev, Rüfət Hacıbəyli, o cümlədən AXCP sədrinin müşaviri Sahib Kərimov, AXCP üzvləri Zülfüqar Eyvazlı, Məhəmməd Məcidli, Babək Həsənov, Elnur Məcidli və Şahin Həsənli də qoşulub. Bununla yanaşı, həbsdə olan T.Abbaslının anası Başxanım Abbasova və Müsavat başqanının müşaviri Dünyaxanım Cərullayeva da aclığa başlayıblar. Onlar aclıq aksiyasını Müsavat Partiyasının mərkəzi qərargahında keçirirlər. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, aclıq etmək hər bir məhkumun hüququdur: ?Qanunvericiliyə əsasən, aclıq edən hər bir məhkum digər məhkumlardan təcrid olunur və həkim nəzarətində saxlanılır. Əgər səhhətində hər hansı problem olarsa, həkim tərəfindən müdaxilə edilir?. M. Sadıqov İctimai Palatanın ötən ilin aprelində keçirdiyi razılaşdırılmamış aksiyada saxlanılan şəxslərdən bir neçəsinin cəzaçəkmə müəssisəsində bu gündən aclıq aksiyasına başlaması ilə bağlı xəbərə isə şərh vermək istəməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA