Amnesty International: "Azərbaycan hökuməti güc tətbiqini dayandırmalıdır"

img

15-05-2012 [03:35]


Azərbaycan hökuməti söz azadlığını yatızdırmaq üçün güc tətbiqini dayandırmalıdır. Bu barədə "Amnesty International? təşkilatı dünən Bakıda keçirilən və polis tərəfindən dağıdılmağa cəhd edilən etiraz aksiyasından sonra yaydığı bəyanatında deyib. Bakı İcra Hakimiyyətinin qarşısında və ?Sabir? parkında baş tutan piketdə polislərin nümayişçilərə qarşı güc tətbiq etdiyi diqqətdən yayınmayıb. ?Müsabiqəyə beynəlxalq KİV-nin diqqəti belə dinc etirazların yatırılması üçün kobud gücdən istifadə edən Bakı polisini saxlaya bilmir? ? deyə təşkilatın Avropa və Asiya üzrə proqram direktoru Con Dalusen bəyan edib. Etiraz aksiyasında iştirak edən 18 fəal saxlanılıb və Səbayıl rayon polis bölməsinə aparılıb. "Amnesty International? təşkilatı sonuncu dinc nümayişə qarşı edilən təzyiqləri Azərbaycan hökumətinin ifadə azadlığına münasibətinin göstəricisi hesab edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA