Bu gün 3 dəfə zəlzələ oldu - 5 bal

img

15-05-2012 [11:11]


Azərbaycanda bu gün ərzində ikinci zəlzələ qeydə alınıb. Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytının verdiyi məlumata görə, maqnitudası 4.00 olan yeraltı təkanlar yerli vaxtla saat 09:54-da, Zaqataladan 3.4 km Cənubi-Şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 5 bal yaxın, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. İnsan təlafatı yoxdur. Qeyd edək ki, bu gün gecə saat 05:30-da da Zaqatalada maqnitudası 3.00 olan yeraltı təkanlar qeydə alınıb. ==== Zaqatalada daha bir zəlzələ oldu. Günün 3-cü yeraltı təkanları yerli vaxtla saat 10:17-da Zaqataladan 15 km Qərbdə zəlzələ qeydə alınıb. Maqnitudası 3.60 olan zəlzələ episentrdə 3.5 bal ,epsentrə yaxın yaşayış məntəqələrində 3.0-2.0 bal hiss olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA