Qafqaz Universitetində ? iKT-nin inkizafı? mövzusunda seminar keçirilib

img

14-05-2012 [05:50]


Qafqaz Universitetində ?Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı? mövzusunda seminar keçirilib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, seminarda universitetin rektoru, professor Əhməd Saniç mərhum prezident Heydər Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafına daim böyük önəm verdiyini, onun ideyalarının prezident İlham Əliyev tərəfindən həyata keçirildiyini vurğulayıb. ?Aztelekom? İstehsalat Birliyinin (İB) baş direktoru Məhəmməd Məmmədov ölkəmizdə İKT-nin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verən birlik rəhbəri sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb. Sonra Qafqaz universitetinin rektoru qonağa günün xatirəsi olaraq plaket təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA