Daxili izlər Nazirliyindən reaksiya: 19-cu Bölmədə kiməsə izgəncə verilməyib

img

14-05-2012 [02:32]


Bakıda müxtəlif obyektlərdə günə muzd soyutma-isitmə sistemlərinin quraşdırlıması ilə məşğul olan İmişli rayon sakini Xudiyev Eldəniz Yusif oğlunun hüquq-mühafizə orqanlarının əməkdaşlarının gözü qarşısında vəhşicəsinə döyülməsi barədə müxtəlif mətbu orqanlarında, o cümlədən Müstəqil İnformasiya Agentliyində dərc olunan xəbərə Daxili İşlər Nazirliyi tərəfindən aydınlıq gətirilib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mia.az-a deyib ki, əslində, baş vermiş hadisə Eldəniz Xudiyevun iddia etdiyi kimi olmayıb. Sadəcə bəribaşdan deyəcəyi fikirlər təhqiqata təsir edəcəyini nəzərə alan nazirlik rəsmisi hadisənin təfərrüatlarına varmayıb: ?Əvvəlcə onu deyim ki, Eldəniz Xudiyev məsələni həddən artıq şişirdərək, bəribaşdan özünə alibi qazanmağa cəhd edir. Hadisənin səbəblərinə toxunmuram. Bu, təhqiqatın işidir. Ancaq onun polisin gözü qarşısında guya döyüldüyü, ona işgəncə verildiyi və sair sözləri tamamilə yalan, böhtan və şantaj xarakterlidir. Onunla Bakının Nəsimi rayonu, Seyidzadə 30 A ünvanında yerləşən obyektin sahibi Əlqəmə adlı şəxs arasında mübahisənin böyüməsinin qarşısını, əslində, polislər alıb. Sahə rəisi hadisə yerinə gəlib, hər iki şəxsi 19-cu Polis Bölməsinə dəvət ediblər. Orada hər iki şəxs bir-birinə qarşı ərizə veriblər. Müvafiq izahatlar alındıqdan sonra iş təhqiqata verilib?. Bölmədən ayrıldıqdan sonra Eldəniz Xudiyevin Kliniki Tibbi Mərkəzinin 4-cü korpusunun 304 saylı palatasına necə düşməsi məsələsinə gəldikdə isə, Orxan Mansurzadə deyib ki, bu fakt da araşdırılır: ?O, bölmədə olarkən hər hansı bir xəsarəti və ya xəstəxanalıq bir halı olmayıb. Əgər olsaydı, dərhal qanunauyğun tədbirlər görülərdi. Təkrar edirəm, hər iki tərəf bölməyə dəvət olunaraq, dindirilib. Onlar bir-birlərinə qarşı ərizə verdikdən sonra sərbəst buraxılıb. İş araşdırılma mərhələsində olarkən isə İmişli rayon sakini xəstəxanadan mətbuata polisin işgüzar nüfuzuna xələl gətirəcək açıqlamalar verib. Bir daha deyirəm, onun polis haqqında dedikləri tamamilə yalan və böhtandır. Hazırda 19-cu Polis Bölməsi tərəfindən hadisə araşdırılır. Hər iki şəxsə tibbi ekspertizadan keçmək üçün göndəriş də verilib. Ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək?. Xatırladaq ki, İmişli sakini mətbuata açıqlamasında iddia edib ki, polis əməkdaşlarının iştirakı ilə amansızcasına döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. İddiasına görə, döyülməsinə səbəb Əlqəmə adlı şəxsdən gördüyü işə görə qalmış 14.000 min manat pulunu tələb etdiyi üçün sahə müvəkilli Teymur Hacıyevin və 19-cu Polis Bölməsinin əməliyyatçısı Ə.Muradovun gözləri qarşısında ona işgəncə verərək döyüblər. #601;kda#246;z#601;d#305;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA