Zəlzələ bölgəsinin zagirdləri buraxılız imtahanından azad olunacaq

img

14-05-2012 [12:33]


Zaqatalada baş verən zəlzələ nəticəsində dağılan məktəblərin şagirdləri buraxılış imtahanlarından azad ediləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədri bununla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edildiyini deyib. ?Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara görə, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib. FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək.?-deyə M.Abbaszadə qeyd edib. Komissiya sədrinin sözlərinə görə, buraxılış imtahanlarından azad olunan şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA