imizlidə körpələrin hüquqları ilə bağlı aclıq aksiyası davam edir

img

14-05-2012 [12:03]


İmişlidə sabiq AMİP-çi Musa Rahimin uşaq baxçalarının ayrı-ayrı sahibkarlara satılmasına etiraz əlaməti olaraq keçirdiyi aclıq aksiyası davam edir. Evinin üstünə ?Mərkəz, uşaq baxçasını məsum körpələrə qaytar!!? şüarı da vuran Musa Rahim mayın 10-da etiraz aksiyasına başlayıb. ?Facebook? sosial şəbəkəsindəki profilinə istinad edən Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, Musa Rahim körpələrə dəstək olmaq üçün KİV-ə də müraciət edib. Amma görünən odur ki, ona lazımi dəstək gəlməyib. Bu, aksiyaçının profilində yazdığı statusdan da anlaşılır: ?Mən vicdanlı mətbuat orqanlarına müraciət etdim ki, gəlin körpələrə dəstək olaq. Mənim aclığımın 5-ci günüdür və davam edəcək. Mənim üçün fərq etməz ədalətsiz və şərəfsizlərə qarşı mənim bir mövqeyim var: ETİRAZ+MÜBARİZƏ!?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA