Eks-spiker Rəsul Quliyev ?Azpolitika? saytında qalmaqal yaradıb

img

14-05-2012 [11:50]


Eks-spiker Rəsul Quliyev jurnalistlər arasında nifaq salıb. Artıq onun himayəsi altında fəaliyyət göstərdiyi bildirilən ?Azpolitika.com? internet qəzetində kollektiv arasında parçalanma baş verib. Daha dəqiqi, saytı faktiki işlədən jurnalist Elnur Məhərrəmli və komandası birlikdə saytı tərk ediblər. Bu barədə ?Reytinq?ə internet qəzetinə yaxın adının çəkilməsini istəməyən şəxs tərəfindən xəbər daxil olub. Onun sözlərinə görə, Elnur Məhərrəmli və komandası bu gündən (dünəndən) etibarən, saytı xəbərdarlıqsız tərk etməklə bərabər, həm də ?Azpolitika.com?a qarşı zərbə planını işə salıblar: ?Elnur Məhərrəmli və ətrafı qəfildən saytı tərk etməklə işlərini bitirməyiblər. Onlar əvvəllər ?Azpolitika.info? kimi fəaliyyət göstərmiş saytı bərpa etməklə, ?Azpolitika.com?u daha ağır durumda qoyublar. Onu da deyim ki, əvvəllər ?Azpolitika.info? kimi fəaliyət göstərsələr də, tez-tez saytda texniki problemlər yaranırmış. Rəsul Quliyev saytın sonundakı ?info?nu ?com?a çevirib və saytı ABŞ-da qeydiyyatdan keçirməklə hər cür təhlükəni önləməyi planlayıb. Amma indi Elnur Məhərrəmli köhnə saytı bərpa edib. Hansı ki, oxşar dizaynda olan bu saytda dərhal sətiraltı olsa da, Rəsul Quliyevi ?vurublar?. Hazırda ?Azpolitika.com?un baş redaktoru Heydər Oğuz üzləşdiyi vəziyyətdən çox narahat olub və çarəsiz duruma düşüb. Çünki yeni kollektiv yığmaq və saytı əvvəlki kimi işlək vəziyyətə gətirmək müəyyən vaxt tələb edir?. Mənbə deyib ki, Heydər Oğuz başqa işlə məşğul olduğu üçün saytı işlətmək üçün bir neçə həmkarı ilə də danışıqlar aparıb: ?Amma onun Rəsul Quliyevin təklifi ilə əslən Naxçıvandan olan tanınmış jurnalistlərlə danışıqları müsbət sonluqla bitməyib. Heydər Oğuz Elnur Məhərrəmli kimi sayta səhərdən axşama qədər can qoyacaq jurnalist axtarışını hələ də davam etdirir?. Müsahibimiz Elnur Məhərrəmli və kollektivin qəfildən saytı tərk etməsinin səbəblərinə də toxunub: ?Mənim bildiyimə görə, Rəsul Quliyev hansı səbəblərdən Elnur Məhərrəmlidən xoşlanmırmış. Lakin müvəqqəti olaraq ondan da yararlanmaq məcburiyyətində qalıblar. Bundan əlavə, Elnur Məhərrəmlinin vaxtilə Sülhəddin Əkbərdən yazdığı sərt yazıda indiki vəziyyətin yaranmasında rol oynayıb. Hansı ki, Rəsul Quliyev indi Sülhəddin Əkbəri partiyasına sədr gətirmək istəyir. Bu gün Elnur Məhərrəmlinin rəhbərlik etdiyi ?Azpolitika.info? saytında sətiraltı Rəsul Quliyevlə Sülhəddin Əkbərin ?vurulması?da keçmişdəki kinlərdən qaynaqlanır. Yəni Elnur sətiraltı mesajını vermiş olub. Amma məncə bütün bunlarla bərabər, Rəsul Quliyevin iki aydır jurnalistlərin maaşını verməməsi də bugünkü vəziyyətin yaranmasında böyük rol oynayıb?. Məsələ ilə bağlı ?Azpolitika.com?un baş redaktoru Hydər Oğuzla da danışdıq. O, baş verənləri təsdiqləyib və olayı maliyyə məsələləri ilə bağlayıb: ?Bəli, Elnurgil saytı tərk ediblər. Problem əsasən maliyyə ilə bağlı olub. Onları iddiası ilə mənim imkanlarım üst-üstə düşmədi?. Heydər bəy problemdə Rəsul Quliyev faktorunun rol oynamasına da aydınlıq gətirib: ?Rəsul müəllimlə bağlı məsələ başqadır. Bu barədə danışmaq istəmirəm. Yenə deyirəm, əsas problem maliyyə ilə bağlı iddiaların böyük olmasından yaranıb?. Elnur Məhərrəmlinin ?Azpolitika.com?a qarşı alternativ fəaliyyətinə gəldikdə isə, müsahibmiz ?ona uğurlar arzulayıram. O saytın ərsəyə gəlməsində də mənim rolum olub. İndi belə edirsə, nə deyim. Ona uğurlar arzulayıram. Hesab edirəm ki, oxucular qısa müddətdə hansı sayta daha doğma yanaşacaqlarını müəyyənləşdirəcəklər. Yəni ortadakı çaşqınlıq da aradan qalxacaq?. "Reytinq" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA