AKP-dən Süleyman Dəmirələ sərt ittiham; ?O, ansamblın dirijori idi?

img

13-05-2012 [06:22]


Türkiyə siyasətinin ən təlatümlü baş naziri və prezidentlərindən olan, Azərbaycanda çox yaxşı xatırlanan Süleyman Dəmirəl qardaş ölkədə ?28 Şübat? (28 fevralda keçmiş baş nazir Nəcməddin Ərbakanın təzyiqlə istefaya göndərilməsindən bəhs edən istintaq -redaksiya) hadisələri ilə bağlı istintaqa cəlb olunan bilər. Bu barədə Türkiyənin baş naziri Ərdoğanın lideri olduğu AKP-nin rəsmisi Hüseyn Çelik açıqlama verib. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, ?Kanal 7? telekanalının canlı qonağı olan AKP liderinin müavini Hüseyn Çelik mərhum sabiq baş nazir Ərbakanın devirilməsindən bəhs edən ?28 Şübat? istintaqı ilə bağlı danışarkən Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəli də ittiham edib: ?Sayın Dəmirəl olaylarda baş rolda olub. O, orkestrin baş dirijoru idi?. Çelik, Türkiyənin 9-cu prezidenti S.Dəmirəlin istintaqdan yayına bilməyəcəyini də sözlərinə əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA