Meriya 20-ci sahəni göstərdi, iP icazəsiz aksiya qərarı verdi

img

11-05-2012 [04:15]


Bakı Şəhər İcra Hakimiyyəti İctmai Palatanın 13 may mitinqi ilə bağlı rəsmi cavab verib. Meriya yenidən müxalifətə ?20-ci sahə?ni təklif edib. İcitmai Palatanın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu bildirib ki, müxalifət əvvəlcədən qeyd etdiyi kimi göstərilən yerdə mitinq keçirməyə icazə verilmədiyi təqdirdə razılaşdırılmamış aksiya keçirəcək. ?Biz əvvəlcədən də demişdik ki, Bakı Şəhər İcra Hakimiyyəti bizim göstərdiyimz yerə icazə verməsə razılaşdırılmamış aksiya keçirəcəyik. Məsələ İctimai Palatada müzakirə olunub, yekub qərar veriləcək?-deyə T.Yaqublu vurğulayıb. Qeyd edək ki, bir müddət öncə İctimai Palata 13 may tarixində mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib. İctimai Palata yürüş-mitinqi ?Dərnəgül? metrosunun qarşısındakı meydanda keçirmək istədiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA