ictimai Palatanın üzvündən Kəmaləddin Heydərovun əleyhinə ifadə almaq istəyirlər

img

11-05-2012 [11:51]


Sabirabad Rayon İcra Hakimiyyəti və rayonun Minbaşlı kənd bələdiyyəsinin sədri tərəfindən şərlənərək, həbs olunan ?Kür? Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevdən Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əleyhinə ifadə almaq istəyirlər. Bu barədə Müstəqil İnformasiya Agentliyini QHT rəhbərlərindən biri məlumatlandırıb. Məlumatda bildirilir ki, istintaqı aparan Sabirabad rayon Polis Şöbəsi və Prokurorluğu bütün gücləri ilə O.Gülalıyevdən ?Yaz ki, məni Fövqəladə Hallar Nazirliyindən istiqamətləndiriblər. Onlar mənə və bizim cəmiyyətə gizli dəstək verirlər? və sair kimi ifadələri almağa çalışırlar. Lakin hələ də ?Kür? Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev istintaqın təhdidlərinə boyun əyməyib. Fakta istintaq orqanlarından məlumat öyrənə bilmədik. Amma ?Kür?ə yaxın mənbələrdən informasiya qismən təsdiqlənib: ?Oqtay müəllimin, ümumiyyətlə, ?Kür?ün zərərçəkənlərlə görüşünə bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də qatılıb. Düzdür, Sabirabadda həbsindən bir az əvvəl keçirilmiş tədbirə Rayon İsra Hakimiyyətindən də nümayəndələr qatılmışdı. Amma onlardan fərqli olaraq, FHN-nin əməkdaşları daha səmimi şəkildə camaatla təmas qururdular. Bundan əlavə, onlar ?Kür?ün fəaliyyətindən narahat olmurdular, əksinə, cəmiyyətin rəhbərliyinin sorğu və təkliflərinə operativ reaksiya verirdilər. Bu isə bəzilərində şübhə oyadırdı, çoxlarını narahat edirdi. Oqtay müəllim də bunu nəzərə alıb, hətta İctimai Palatanın üzvlülüyündən də istefa verdi. Onun məqsədi yalnız camaata kömək etmək idi. İndi ola bilər ki, həbsindən hakimiyyətdaxili qruplaşmalar öz məqsədləri üçün, yəni bir-birlərini ?vurmaq? üçün yararlana bilərlər?. Xatırladaq ki, Oqtay Gülaliyev Sabirabadın Minbaşlı kəndində bələdiyyə sədrinin rəsmi şikayəti əsasında həbs olunub. İstintaq iddia edir ki, o, kənd camaatını hakimiyyət əleyhinə iğtişaşlara səsləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA