Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Səbail rayonunda növbəti abad həyət istifadəyə verilib

img

10-05-2012 [07:50]


Səbail rayonunun Badamdar qəsəbəsində Ülu öndər Heydər Əliyevin adını daşıyan parkda əsaslı təmir və yenidənqurma işləri çox böyük sürətlə davam etdirilir, artıq burada Ulu öndərin əzəmətli büstü quraşdırılmışdır. Qəsəbədə həm də yeni orta məktəb və uşaq bağçasının tikintisi işləri aparılır. Əlamətdar günlə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Səbail rayonunda RİH tərəfindən rayonun qəsəbələrində həyata keçirilən ?Abad həyət? layihəsi əsasında Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov küçəsi 1 ünvanda növbəti ?Abad həyət? sakinlərin istifadəsinə verilmişdir. Qəsəbənin mərkəz hissəsindəki həyətdə ilk növbədə binanın fasadında təmir işləri aparılmış, fasad rənglənmiş, binanın giriş qapıları yeniləri ilə əvəz olunmuş, binanın birinci mərtəbəsində yerləşən 34 saylı poliklinikanın qaşsısında da təmir işləri görülmüşdür. Binaların giriş hissəsi və pilləkənlər də təmir olunmuş, eyvanlar dekorativ ağaclarla bəzədilmişdir. Həyətin səkiləri aqlay üzlüklə üzlənmiş, həyət boyu səkilərə yeni bordyur daşları düzülmüşdür. 1500 kv. metr sahəsi olan həyət tam abadlaşdırılmış, təmizlik işləri aparılmış, həyətdə işıqlandırma məsələləri də həll olunmuş, yeni asfatl örtüyü çəkilmişdir. Sakinlərin istirahəti üçün 2 ədəd söhbətgah quraşdırılmış, burada yeni oturacaqlar, həyətə skamyalar qoyulmuşdur. Həyətin uşaqları da yaddan çıxarılmamış, onların oynaması üçün bir neçə əyləncə qurğuları quraşdırılmışır. Həyətlərdə yeni ağaclar əkilmiş, yaşıllıqlar salınmış, məişət tullantılarından təmizlənmiş əraziyə birki örtüklu torpaq qatı salınmışdır. Bu RİH tərəfindən həyata keçirilən ?Abad həyət? layihəsi üzrə bu təkcə Badamdar qəsəbəsində 13-cu təmirli həyət olmuşdur. Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində istifadəyə verilmiş həyətin sakinləri görülən işlərin keyfiyyətindən çox razı qalmış, onların istirahəti üçün burada yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA