Müxalifətin mitinqinə cavab verildi

img

10-05-2012 [07:00]


Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın mayın 13-nə təyin etdiyi aksiyaya dair müraciətinə cavab verib. Koordinasiya Şurasının üzvü Rafiq Manaflı ?Media forum? saytına deyib ki, şəhər meriyası aksiyaya 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin stadionunu ayırıb: ?İctimai Palata yürüş-mitinqi ?Dərnəgül? metrosunun qarşısındakı meydana təyin edib. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın orada keçirilməsini məqbul saymayıb. Buna səbəb kimi ?Dərnəgül? stansiyasının qarşısında insanların və avtomobillərin intensiv hərəkət etməsi göstərilib. Bu, absurd cavabdır. Çünki ora şəhərdən kənardır, insanların və avtomobillərin intensiv hərəkət etdiyi ərazi deyil. Bakı Şəhər İcra Hakimiyyətində bir şablon cavab mətni var. Tarixini dəyişib bizə göndərirlər. İctimai Palata 20-ci sahədə mitinq keçirməməyə qərar verib. Ona görə də mayın 13-də 20-ci sahədə mitinq keçirməyəcəyik?. Rafiq Manflı bildirib ki, İctimai Palata mayın 14-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirəcək: ?Piketlə bağlı müraciətimizə cavab verilməyib. Amma piketi istənilən halda keçirəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA