Ziya Məmmədov: ?Eurovision? vaxtı nəqliyyatda ödəniz kartla ediləcək

img

10-05-2012 [06:25]


?Eurovision?da istər turistlər, istərsə də yerli sərnişinlər ictimai nəqliyyatda və ?London taksiləri?ndə ödənişləri kart vasitəsi ilə həyata keçirə biləcəklər. Bunu jurnalistlərə açıqlamasında Nəqliyyat naziri Ziya Məmmədov deyib. ?Avtobuslarda və ?London taksiləri?ndə pos-terminallar qurulub, istər turistlər, istərsə də yerli sərnişinlər kartları pos-terminallara sürtməklə ödəniş edəcəklər. Burda heç bir problem yoxdur. Bizim işlərimiz tam hazır vəziyyətə gətirilib. Bilirsiz ki, ictimai nəqliyyatda yaxşı mənada mərhələ-mərhələ dəyişikliklər edilir?. Ziya Məmmədov paytaxt yollarının abadlaşdırılması ilə bağlı da intensiv işlərin getdiyini deyib. ?Biz prezidentin tapşırığı ilə Bakı şəhər icra hakimiyyəti və digər qurumlarla birgə yolları kvartal-kvartal bərpa edirik? deyə nazir bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA