Bakıda Gül bayramı keçirilib

img

10-05-2012 [04:36]


Bu gün mərhum dövlət başçısı Heydər Əliyevin doğum günü ilə əlaqədar Bakıda ənənəvi Gül bayramı keçirilib. Bayramın keçiriliyi Heydər Əliyev Sarayının qarşısındakı parkın dörd bir tərəfi müxtəlif güllər və gül kompozisiyaları ilə bəzədilib. Modern.az xəbər verir ki, ilk olaraq ərazini Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş beynəlxalq velosiped turnirinin iştirakçıları ziyarət edib. Daha sonra paytaxt sakinlərinin əraziyə daxil olmasına icazə verilib. Bakının bir neçə bağçasından parka gətirilən uşaqlar əraziyə xüsusui rəng qatıblar. Bayramın keçirildiyi əraziyə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov da gəlib. Bakı şəhərinin meri jurnalistlərə açıqlamasında deyib ki, bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan müxtəlif növ 116 ton gül gətirilib. Şəhərin meri Heydər Əliyevin güllərdən hazırlanmış portretinə xüsusi diqqət çəkərək, portretin gözəl tərtib olunduğunu bildirib. BŞİH başçısı Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, Almaniya, Hollandiya və Fransa dizaynerlərinin birgə çalışdıqlarını deyib. Mer parkın mayın 15-dək Bakı sakinlərinin və qonaqların istifadəsində olacağını vurğulayıb. Əraziyə xüsusi olaraq iri şarlar gətirilib. Meriya nümayəndəsi Müşfiq Məmmədov şarların Almaniyadan gətirildiyini deyib. Səhər doldurularaq hazırlanan şarlar, daha sonra boşaldılıb. M.Məmmədov axşama doğru onların havaya qaldırılacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA