Buraxılız imtahanlarının tarixi açıqlanıb

img

09-05-2012 [04:25]


Azərbaycanın orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının keçiriləcəyi tarix məlum olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib buraxılış imtahanlarının iyunun 2-dən başlayaraq keçirilməsi nəzərdə tutulur. Bütün regionları əhatə edəcək buraxılış imtahanları ilə bağlı müvəqqəti qaydalar artıq hazırlanıb. TQDK sədri bu qaydaların yaxın günlərdə mətbuatda dərc olunacağını bildirib. Bu ildən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsini (attestasiyası) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA