Prezident zəlzələnin törətdiyi fəsadlarla tanız olub

img

09-05-2012 [02:57]


Prezident İlham Əliyev Zaqatala və Qaxda zəlzələdən ziyan çəkən kəndlərə baş çəkib. Dövlət başçısı Qax rayonunun Güllük və Zaqatalanın Gözbarax kəndlərində zəlzələ nəticəsində evləri dağılmış sakinlərlə görüşüb, təbii fəlakətin törətdiyi fəsadlarla tanış olub. Prezident fəsadların aradan qaldırılması üçün lazımi tapşırıq və göstərişlərini verib. Daha sonra prezident Zaqatala rayonunda baş vermiş zəlzələdən sonra yaradılmış Fövqəladə Hallar Nazirliyinin operativ qərargahına gəlib. Ölkə başçısının qərargahda müşavirə keçirəcəyi gözlənilir. Qeyd edək ki, mayın 7-də səhər saat 09.40 radələrində Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra yeraltı təkanlar müxtəlif vaxtlarda təkrarlanıb. Son hesablamalara görə, zəlzələ nəticəsində rayonda 524 tikili uçub, 2052 tikili qəzalı vəziyyətə düşüb, 100 sosial obyektdə çatlar əmələ gəlib. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaq üçün ölkə başçısı ilham əliyevin tapşırığı ilə dövlət büdcəsindən fövqəladə hallar nazirliyinə 20 milyon manat vəsait ayrılıb.#305;lm#601;tic

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA