BQP-də anım tədbiri keçirilib

img

09-05-2012 [12:43]


52;n Böyük Quruluş Partiyasının mərkəzi qərargahında Şuşanın işğal olunmasının 20-illiyilə əlaqədar anım tədbiri keçirilib. Partiyanın mətbuat xidmətindən ?Müstəqil İnformasiya Agentliyinə? verilən məlumata görə, tədbir iştirakçıları ölkə ictimaiyətinin bir qrup nümayəndəsi ilə əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, sonra partiyanın mərkəzi ofisində Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə və bütövlükdə vətənin azadlığı yolunda şəhid olanların xatirəsini dualar oxumaqla və sayğı duruşu ilə yad ediblər. Tədbirdə BQP Ali Məclisinin sədri Əjdər Əliyev, Siyasi Qurulun üzvü Bəxtiyar Həsənov, ərazisi işğal olunan rayon təşkilatlarının başçıları- Q.Əsədov (Qubadlı),V.Quliyev (Cəbrayıl) F.Ağayev (Laçın) çıxış ediblər. Qarabağ probleminin həll edilməsi istiqamətində cəmiyytin bütün təbəqələrinin səfərbər olmalarının zəruruiliyi qeyd edilib. Çıxışlarda düşmənlə müqayisədə iqtisadi,müdafiə, sosial, siyasi, diplomatik sahələdrə real üstünlüyün təmin edilməsinin Şuşanın, eləcə də itirilmiş bütün ərazilərin geri qaytarmağı şərtləndirən əsas amil olduğu vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA