?Sahil bağı?nda ?Azərbaycan Xalqının Soyqırım Qurbanları? mövzusunda foto sərgi

img

08-05-2012 [03:23]


Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi ilə birlikdə ?Sahil bağı?nda ?Azərbaycan Xalqının Soyqırım Qurbanları? mövzusunda foto sərgi təşkil olunub. Rayon rəhbərliyi, rayonun orta və ali məktəblərinin kollektivlərinin, müharibə veteranları və əlillərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə sərginin açılışı keçirilmiş, iştirakçılar mənfur ermənilər tərəfindən zaman-zaman xalqımıza qaşdı törədilmiş amansız soyqırım hadisələrinin əks olunduğu fotolara baxıblar. Eyni vaxtda ?Sahil bağı?nda Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin Şuşanın icğalına etiraz aksiya keçirilmiş, iştirakçılar tərəfindən əhaliyə, xüsusilə xarici vətəndaşlara Şuşa barəsində açıqcalar paylanmışdır. Həmin gün Şuşanın icğalının 20-ci ildönümü ilə bağlı Dövlət Gənc Tamaşasılar Teatrında Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonda məskunlaşmış Şuşa rayonundan olan məcburi köçkünlərlə görüşü keçirilmişdir. Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov hər bir Azərbaycanlı üçün çox ağır bir hadisə olan Şuşa şəhərinin Erməni silahlı qüvvələri tərəfindən işğalınından danışmış, Azərbaycan mədəniyyətinin beşiyi sayınan şəhərin tarixi, onun inkişafı barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ?Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında? qərar qəbul olunmuşdur. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldığı qeyd edilən Sərəncamda 1992-ci il mayın 8-də Şuşa şəhərinin təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bildirilir. Qeyd edilir ki, Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər əsir düşmüş və girov götürülmüşdür. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etmiş, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtmış, məbədgah və məscidləri təhqirlərə məruz qoymuş, çox sayda nadir əlyazma nümunələrini məhv etmiş, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərmişlər. Bu gün Şuşadan olan məcburi köçkünlər respublikamızın bir çox rayondalında, o cümlədən Bakı şəhərinin Səbail rayonunda məskunlaşmışlar. Hazırda rayonda Şuşadan 91 ailə yaşayır ki, onların da çoxu Bibiheybət qəsəbəsindəki ?Şıx? sanatoriyasında məskunlaşmışdır. RİH tərəfindən həmin ailələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülür, bayramlar vaxtı bu ailələrə yardımlar göstərilir. Natiq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz güclənmiş və bu gün Qafqaş regionunda ən qüdrətli orduya çevrilmişdir. Hazırda müxtəlif beynəlxalq səviyyələrdə torpaqlarımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində işlər aparılır və əmin olduğunu bildirmişdir ki, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəkdir. Tədbirdə çıxış edənlər Şuşalılar şəhərin icğalı ilə bağlı şahidi olduqları hadisələrdən danışmış, bu gün dövlət tərəfindən onlara olan diqqətdən söz açmış, doğma torpaqlarna qayıdacaqları günü səbirsizliklə gözlədiklərini və bu istiqamətdə ölkə rəhbərinin səylərini dəstəklədiklərini bildirmişlər. Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Şuşa rayonundan məcburi köçkün ailələrinə RİH tərəfindən yardımlar təqdim olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA