Sabahın hava proqnozu açıqlandı

img

08-05-2012 [01:50]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən 9 mayda gözlənilən hava şəraitini təqdim edir. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. Hava şəraitinin qısa icmalı Mayın 9-10-da Abşeron yarımadasının hava şəraitində mühüm dəyişikliklər gözlənilmir. Hava şəraiti mülayim dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində zəif, gündüz saatlarında isə mülayim cənub-şərq küləyi əsəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA