Müdafiə Nazirliyi Lənkəran Əliyevin yol verdiyi qanun pozuntularını açıqlayıb

img

08-05-2012 [12:46]


Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Tərbiyə İşləri İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov general Lənkəran Əliyevin açıqlamalarına cavab verib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə Nazirliyi Lənkaran Əliyevlə bağlı məsələnin mətbuat müstəvisində müzakirəsini həqiqətən arzulamır. "Bəzi mətbu orqanlarımız isə elə təsəvvür yaradırlar ki, bu söhbətin genişlənməsində guya nazirlik özü maraqlıdır. Bu, qətiyyən belə deyil. Sadəcə olaraq Lənkəran Əliyev özü dayanmır. Hər həftə bir yanlış fikri ortaya atmaqla diqqəti cəlb etməyə çalışır. Bu yolla bəraət qazanmaq istəyir. Hər bir şey qanun çərçivəsində aparılmalıdır. Müdafiə Nazirliyinin istəyi də bundan ibarətdir. Lənkəran Əliyev bildirir ki, ona qarşı indiyəcən bir isbatlı dəlil ortaya qoyulmayıb. Bu münasibətə yalnız və yalnız acımaq mümkündür. Bəs, bu günə kimi onun həqiqəti əks etdirməyən ittihamlarına cavab olaraq konkret faktlar və rəqəmlər haradan götürülüb?!" Nazirlik indi Lənkəran Əliyev Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı ittihamlar səsləndirməklə günahsız obrazını formalaşdırmağa çalışdığını deyib. "Hətta o, 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aparılan yoxlamanı pərdələməyə çalışaraq məsələni yozmağa cəhd edir. 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aparılan yoxlamalarda bilavasitə iştirak edən məsul şəxs kimi bəzi məsələləri açıb deməyi vacib bilirəm. Buna bizi məhz Lənkəran Əliyevin özü məcbur edir. Əslində, onun törətdiyi cinayət əməllərinin istintaq materialları ilə tam sübuta yetirilməsi şəksizdir. Lakin bu qədər cinayət maddələrini hansı əməllərinə görə ?qazandığını? çoxları bilmir. Yəqin ki, yoxlama zamanı aşkar olunan qanun pozuntularınının bəzilərini Lənkəran Əliyevə yenidən xatırlatmaq yerinə düşər. Beləliklə, Lənkəran Əliyev şəxsi məqsədlə dəfələrlə Göygöl rayonu Toğana kəndinə SQ TTM ərazisindəki tikintidən sökülmüş mişar daşları, döşəməaltı millər və taxtaları daşıtmış və bu azmış kimi KAMAZ markalı mülki avtomobillərin yanacaq çənlərini də SQ TTM-in anbarının hesabına (300 litr) doldurtdub". Eyni zamanda nazirliyin məlumatında Lənkəran Əliyevin rəhbərlik etdiyi mərkəzdə yoxlama zamanı gizir hazırlığı kursunu bitirmiş hərbi qulluqçuların SQ TTM-dən buraxılmasına baxmayaraq, qeyri-qanuni olaraq onlar 3 gündən sonra ərzaq təminatından çıxarıldığı bildiirilib. "SQ TTM-nin zabit ixtisas taborunun dinləyicilərinin böyük əksəriyyəti isə səhər və şam yeməyində iştirak etməməsinə baxmayaraq onlar ərzaq təminatından çıxarılmamışlar. Belə ki, 08.04.2009-cu il tarixdə SQ TTM-nin zabit ixtisas taborunun dinləyicilərinin şam yeməyində iştirakı yoxlanılarkən onlardan 17 faizi iştirak edib. Beləliklə də, külli miqdarda yeyinti və israfçılığa yol verilib. Bununla bərabər 2006-2008-ci illər ərzində gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının hazırlığı kurslarının kursantlarından, mütəmadi olaraq 5-40 manat və bir sıra kursantlara "kiçik çavuş" və "çavuş" hərbi rütbəsinin verilməsi üçün 50 və ya 100 manat məbləğində pul yığılıb. İndi haqdan, ədalətdən danışır. Bunlar Lənkəran Əliyevin və tabeliyində olanların vəzifəsindən sui-istifadə etməsi nəticəsində aşkarlanmış qanun pozuntularınının və dövlətə vurulmuş ziyanın bir hissəsidir. Onun neçə-neçə hərbi qulluqçunu bədbəxt etməsi ilə bağlı isə mətbuatda çox zabitlər çıxışlar ediblər. Bəli, maraqlıdır vəzifədə olduğu müddətdə yalnız öz şəxsi maraqlarını düşünən və bu istiqamətdə fəaliyyətini quran bir şəxs indi nejə özünə haqq qazandırmağa çalışır? Yaxud da qəzetdə "mən məcbur oluram düşünəm ki, kimi qorumuşam və niyə qorumuşam" ifadəsini işlədən Lənkaran Əliyevin məntiqindən belə çıxır ki, o, bütün xidmətlərini məhz bir neçə kvadratmetr mənzilə görə edib. Özü də qanunsuz zəbt etdiyi mənzilə görə". Bundan başqa hələ bir müddət öncə Lənkəran Əliyevin jənab prezident tərəfindən ona verilən mənzili satdığı barədə məlumatlar verilib. "İndi isə Lənkaran Əliyev deyir ki, guya ona qarşı irəli sürülən ittihamlara görə 30 min manat ödəyib və bunun üçün də ölkə rəhbərliyinin ona hədiyyə etdiyi mənzili satmağa məjbur olub. Qoy lap belə olsun. Əvvəla Lənkəran Əliyevin dövlətə vurduğu maddi ziyan məhkəmə tərəfindən sübuta yetirilib və bu o deməkdir ki, həmin məbləğ mənimsənilib. Digər tərəfdən belə çıxır ki, Lənkaran Əliyev dövlətin əmlakını dağıtmasına və bunun üçün rəhbərlik tərəfindən ona verilən mənzili satmasına haqq qazandırır. Hörmətli Lənkaran Əliyev siz niyə dövlətin əmlakını dağıdırdınız ki, sonra da onu ödəmək üçün məhz dövlətin verdiyi evi satasınız?" Göründüyü kimi, Lənkaran Əliyevin açıqlamaları heç bir məntiqə söykənmir və sadəjə olaraq özü-özünü pis vəziyyətə salan şəxsin çıxış variantı tapmadığı üçün nə dediyini bilməməsindən o yana keçmir. Hər halda mən bütün bunlara görə təəssüf edirəm?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA