Kürün yuxarı axınında suyun səviyyəsi artıb

img

08-05-2012 [12:41]


?Son 3 gün ərzində həm Azərbaycan, həm Gürcüstan ərazisində yağan intensiv yağışlar nəticəsində Kür çayının yuxarı axınında suyun səviyyəsində 30 sm artım müşahidə olunub?. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, Qanıx çayında da suyun səviyyəsində artım qeydə alınıb. Qanıx çayında artım mayın 6-dan başlayıb və mayın 7-də də davam edib. Mayın 6-da Qanıx çayında suyun səviyyəsi 96 sm artıb. Kiçik Qafqazın çaylarında, xüsusən Gəncəçayda, Böyük Qafqazın Vəlvələçay və Səngialtı çaylarında suyun səviyyəsində də artım qeydə alınıb. Kür çayının aşağı hissəsində isə suyun səviyyəsində sabitlik müşahidə edilməkdədir. A. Verdiyev deyib ki, hələlik ölkənin yüksək dağlıq ərazilərində qar ehtiyatları var. Buna görə də Azərbaycanın çaylarında suyun səviyyəsinin artımının davam etməsi istisna edilmir: ?Aprel ayında qar ehtiyatının 35-45 faizi əriyib. Mayda temperaturun yüksəlməsi, yağan yağışlar qar ərimə prosesində müəyyən rol oynayacaq. Ona görə də may ayının ayrı-ayrı günlərində qarın əriməsi, yağışların yağması çaylarda sululuğun artmasına səbəb olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA