?Bakıelektrikzəbəkə?nin rəhbərliyi Kəmaləddin Heydərova kələk gəlib

img

08-05-2012 [11:16]


Baba Rzayevin rəhbərlik etdiyi ?Bakıelektrikşəbəkə? ASC-dən təkcə sadə camaat narazılıq etmir. ASC-nin qanunsuz cərimə və hərəkətlərindən, həm də hüquqi şəxslərin narazılığı artmağa başlayıb. Müstəqil İnformasiya Agentliyinə məhkəmədən daxil olan məlumata görə, ?Bakıelektrikşəbəkə? ASC-nin şişirdilmiş borc məbləğləri və əsassız cərimə aktları ilə bağlı məhkəmələrə gün ərzində yüzlərlə şikayətlər daxil olmaqdadır. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, şəbəkə rəhbərliyi artıq oliqarxlara bağlı olan obyektlərə qarşı da qanunsuzluq etməkdən çəkinmirlər. Bakı Apellyasiya Məhkəməsindən əldə etdiyimiz məlumata görə, şəbəkə rəhbərliyi Fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı olan və nəzarətində bank, sığorta və digər maliyyə resursları olan ?Ata Holdinq? ASC-yə qarşı da qanunsuz borc məbləğləri yazıb: ?Bu isə tərəflər arasındakı mübahisənin məhkəmə çəkişməsinə qədər gətirib çıxarıb?. Məhkəmədə aldığımız məlumata görə, ?Bakıelektrikşəbəkə? ASC-nin qeyri-qanuni hesabladığı borc məbləği ilə bağlı tərəflər arasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində məhkəmə çəkişməsi getsə də, sözügedən məhkəmənin çıxardığı qətnamə tərəfləri, əsasən də nazir Kəmaləddin Heydərova bağlı olan ?Ata Holdinq? ASC-nin rəhbərliyini qane etməyib: ?Ona görə də qətnamədən apellyasiya şikayəti verilib və işə hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə baxılır. Holdinq rəhbərliyi şəbəkədən qanunsuz hesabladıqları pul məbləğinin geri qaytarılmasını tələb edir. Şikayətə may ayının 10-da baxılacaq?. Tərəflər arasında məhkəmə mübahisənin olması Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənsə də, əlavə məlumat verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA