Prezident ?Baku Crystal Hall?ın açılızını etdi

img

07-05-2012 [11:37]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də ?Eurovision-2012? mahnı müsabiqəsinin keçiriləcəyi ?Baku Crystal Hall?un açılışında iştirak ediblər. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidentinə və xanımına ?Baku Crystal Hall?da görülən işlər, eləcə də müsabiqəyə hazırlıqla bağlı ətraflı məlumat verilib. Bildirildi ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. ?Baku Crystal Hall?un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. ?Baku Crystal Hall? Prezident İlham Əliyevin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı Sərəncama əsasən inşa olunmuşdur. Bu il yanvarın 15-də isə Avropa Yayım Birliyi müsabiqənin məhz ?Crystal? sarayında keçirilməsi ilə bağlı qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA