Nazirin icra bazçısı olan yeznəsi bütün tikintiləri dayandırıb

img

07-05-2012 [12:14]


Aprel ayının 26-da Prezident İlham Əliyevin sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Xaləddin İsgəndərov təyinatından bir gün sonra rayonun hüdudlarında olan bütün qanuni və qanunsuz tiklilərin dayandırılmasına göstəriş verib. Bu sözləri Müstəqil İnformasiya Agentliyinin sorğusuna cavab olaraq, sözügedən Rayon İcra Hakimiyyətindən verilib. Məlumata görə, yeni başçı bu göstərişini tiklilərin yöndəmsiz və xarici görkəminin bərbad olması ilə əlaqələndirib: ?Başçısının göstərişi ilə bundan sonra qanuni tiklilərin layihələri ilə ətraflı tanış olacağıq və tiklilərin xarici görkəmlərinin daha yaxşı olması üçün öz təkliflərimizi inşaat sahiblərinə bildirəcəyik. Tövsiyələrə əməl etməyən tikili sahibləri işlərini davam etdirə bilməyəcəklər. Onu da qeyd edək ki, yeni başçı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA