Hacıbala Abutalıbovun oğlu ilə bağlı qalmaqala aydınlıq gətirildi

img

05-05-2012 [05:28]


Bakıda yaşayan və qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olan yəhudi əsilli iş adamı Qurban Mahmudovun mətbuat konfransı keçirib, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun üstlərinə vəhabbilərdən ibarət qoçu dəstəsi göndərilməsi ətrafında yaranmış qalmaqalla qarşı tərəfdən aydınlıq gətirilib. Müstəqil İnformasiya Agentliyinə iş adamının ittiham etdiyi ?Spektr? Kiçik Müəssisəsinin sahibi Bəxtiyar Məmmədov tərəfindən press-reliz daxil olub. Daxil olan məlumatda Qurban Mahmudovun bütün ittihamları təkzib olunaraq, qarşı tərəfin aralarındakı narazılığı məqsədyönlü şəkildə şişirtdiyini bəyan edib: ?Qurban Mahmudov hətta özünə və böhtanlarına o qədər aludə olub ki, adi bir mübahisəni Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və onun ailəsi ilə də bağlamağa cəhd edib. Amma tam məsuliyyətlə deyə bilərəm ki, Qurban Məmmədovun iddia etdiyinin əksinə olaraq, oraya İsrafil Abutalıbovun adı ilə kimsə gedib, onları təhdid etməyib. Sadəcə bu adam növbəti şantajını edərək, çirkin məqsədinə çatmaq istəyir. Çünki mən bu adamla yenidən müqavilə bağlamaq niyyətində deyiləm?. Daha sonra qarşı tərəflə işbirliklərinə toxunan Bəxtiyar Məmmədov bildirib ki, 17 may 2011-ci ildə o, Qurban Qutais oğlu Mahmudovla icarə müqaviləsi bağlayıb: ?Müqavilə 01 iyun 2012-ci ilədək qüvvədədir. Sadəcə, mən əsaslı səbəblərə görə onlarla müqaviləni təzələmək istəmədiyimdən və bu haqda rəsmi bildiriş də göndərdiyimdən, Qurban Mahmudovun qohumu Maqsud Mahmudov belə bir şou təşkil etdi. Guya, saqqalı kimlərsə gedib onları hədələyib. Hamısı yalan, böhtandır. Belə bir şey ümumiyyətlə olmayıb. O, əvvəlcədən mənimlə mübahisə etmişdi, heç yerə getməyəcəklərini, başıma hansısa oyunlar açacağını bildirmişdi. Sonradan bəlli oldu ki, məni, eləcə də Hacıbala Abutalıbovun oğlunun adını çəkməklə, şantajla müqaviləni təzələmək, həmin yerdən çıxmamaq istəyirlər?. Bəxtiyar Məmmədovun sözlərinə görə, onun və göstərilən ünvanın İsrafil Abutalıbovla hər hansı əlaqəsi yoxdur: ?Tam səmimiyyətlə deyirəm ki, mən heç İsrafil Abutalıbovu tanımıram da. Yerin sahibi isə Rövşən Hacıyev adlı şəxsdir, istənilən adam gedib araşdıra bilər. Mənə indi də aydın deyil ki, onlar birdən-birə niyə Hacıbala müəllimin və ailəsinin adlarını hallandırmağa çalışdılar. Şübhə yox ki, bu məqsədlərinə asanlıqla nail olmaq üçündür. Açıq görünür ki, Mahmudovlar qəzetlərə Hacıbala Abutalıbovun oğlunun vəhhabi, özlərinin isə yəhudi olmalarıyla bağlı məlumatları qəsdən ötürməklə, adi bir mübahisəni qəsdən şişirtməyə, tamam başqa müstəviyə çəkməyə çalışırlar. Mən isə sizə dedim ki, işin mahiyyətində nə durur. Bəlkə də düşünürlər ki, Hacıbala Abutalıbovu şantaj etməklə meriyanın müdaxiləsi ilə obyektin onların icarəsində qalmasına nail olacaqlar. Ancaq yanılırlar, çünki bu yerə meriyanın müdaxiləsi üçün heç bir hüquqi əsas yoxdur. Ya da ola bilsin ki, şəhər merinin övladının adının hallandırılması Mahmudovları qabağa verən kimlərəsə lazımdır, ancaq mən bu barədə br şey bilmirəm?. Bəxtiyar Məmmədov Mahmudovlarla müqaviləni təzələməməsinin səbəbini də açıqlayıb: ?Adamlar iş prosesində bir-birini daha yaxşı tanıyırlar. Mən gördüm ki, Qurban və Maqsud Mahmudovlarla iş münasibətlərim alınmayacaq. Çünki biz müqaviləni Qurban Mahmudovla imzaladığımız halda, yeri Maqsud Mahmudov işlətməyə başlamışdı. Onun barəsində isə o qədər də xoş olmayan məlumatlar çatırdı. Eşitdim ki, Maqsud Mahmudov əvəllər DİN-də işləyib, sonra nəyə görəsə çıxarılıb, şəhərin tanınmış adamlarını isə şantaj edərək, əmlaklarını ələ keçirirmiş. Hətta hansısa ağır cinayətlərdə də adı hallandırılır. Ona görə də müqavilə müddəti bitməyə az qalmış, onlarla müqaviləni təzələməmək qərarına gəldim. Elə ki, müqaviləni uzatmayacağımı bildilər, hədə-qorxu, şantajla üstümə gəlməyə başlayıblar. Hətta məni öldürtdürəcəkləriylə də hədələyiblər. Telefonumdakı mesajları hələ də durur. Bu haqda hüquq-mühafizə orqanlarına da müraciət etmişəm?. Sonda Bəxtiyar Məmmədov bildirib ki, artıq məsələ ilə bağlı rəsmi şəkildə hüquq-mühafizə orqanlarına müraciət edərək, həm hüquqlarının bərpa edilməsini, həm də qarşı tərəfin şantajlarının durdurulmasını xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA