Babək prospektindəki Mazın bazarında narazılıq pik hədd çatıb

img

05-05-2012 [03:57]


Bakının Babək prospektində yerləşən və şəhərdə hamının ?Maşın bazarı? kimi tanıdığı ticarət mərkəzində rüsum haqqının artırılması kiçik sahibkarları ayağa qaldırıb. Hazırda bazarda avtomobil hissələrinin satışını həyata keçirən sahibkarlar bazarın rəhbəri Rasim adlı şəxsin tez-tez rüsum və rüsumdan əlavə qanunsuz alınan pulun məbləğini qaldırmasından təngə gəldiklərini deyirlər. Bu səbəbdən də onlar bazarı tərk edərək, başqa məkanda fəaliyyət göstərməyə çalışsalar da, bazar rəhbərliyi buna da imkan vermir. Bu barədə qəzetimizi məlumatlandıran və bəlli səbəblərdən adlarının çəkilməsini istəməyən sahibkarların sözlərinə görə, artıq 10 günə yaxındır ki, bazar rəhbərliyi ilə onların arasında gərgin münasibətlər hökm sürür: ?Bazar rəhbərliyi hər ?polk?a üçün nəzərdə tutulan, daha dəqiqi, əvvəldən bizdən alınan icarə və digər rüsum haqlarını 15-20 faiz qaldırıb. Bu isə təbii ki, bizim qazancdan məhrum etməkdir. Burada istənilən maşın sahibi yarmarkada cibinə uğun avtomobil hissələri tapa bilər. İndii bizi çətin vəziyyətdə qoymaqla sürücüləri də zərbə altına gətirmiş olublar. Elə mağaza var ki, aylıq rüsumu 150-200 manat artıb. Kütləvi narazılıq olmasın deyə, bazarın rəhbərliyi mağaza sahiblərini bir-bir kabinetə çağıraraq onlara rüsum haqqının artdığını deyib. Məsələn, bazarda 15 kvadrat metr sahəsi olan mağazadan indi 1500 manat aylıq tələb olunur. Elə mağaza var ki, gündəlik rüsumu 70 manatdır. Onu da 100 manata qaldırıblar. İşıq və zibil pulu məbləğə daxil deyil. Elə bu səbəbdən bazarda avtomobil ehtiyat hissələrinin də qiyməti artıb. Ona görə də narazılığımızı bildirdik. Çünki belə olan halda alıcılar başqa bazarlara qaçırlar. Lakin Rasim müəllim və onun bazardakı adamları bizi anlamaq niyyətində deyillər. Deyirlər ki, nə deyilirsə, o da ödənilməlidir. Ona görə də bazarı tərk etmək istəyirik. Lakin Rasim müəllimin tapşırığı ilə sahə müvəkkili üzərimizə göndərilir və açıq şəkildə təhdid olunuruq. Polis bizə açıq deyir ki, sizi ilişdirib həbs edə bilərik. Adını da qoyarıq ki, siz burada təxribatla məşğulsunuz, guya bazxarı dağıtmaq istəyirik və sair. Təsəvvür edin ki, bu təhdid üzündən mallarımızı da götürüb, bazarı tərk edə bilmirik. Qorxuruq ki, bizi şərləyib, həbs edə bilərlər. Rasim milyader adamdır, biz polislər də onun dediyini iki etmir?. Sahibkarlar KİV vasitəsiylə ölkə prezidenti İlham Əliyevə müraciət edərək, onlara köməklik göstğərmələrini də xahiş edirirlər: ?Cənab Prezident, ümidimiz Sizədir. Bizi Rasimin zülmündən ya xilas eləyin, ya da bizə şərait yaratsınlar sakitcə bazarı tərk edək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA