ictimai Palata yenidən mitinq qərarı verdi

img

05-05-2012 [02:31]


Mayın 5-də Müsavat partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi durum, qarşıda duran dövrdə İctimai Palata qarşısında duran vəzifələr və cari məsələlər müzakirə olunub. Çıxış üçün söz alan AXCP sədri Əli Kərimli İctimai Palananın keçirdiyi iki aksiyanın əhəmiyyətindən və təsirindən danışıb. AXCP sədri onu da vurğulayıb ki, mayın 7-də icazə verilməsə belə, kütləvi mitinq keçiriləcək. İP üzvü Mustafa Hacıbəyli son bir aydakı fəaliyyətə və son mitinqlərə toxunaraq, onların əhəmiyyətindən danışıb. İP fəalı qurumun verdiyi qərardan narazılığını da dilə gətirib. Çıxışçı bildirib ki, Bibiheybətdən imtina proseduru düzgün deyil. Onun sözlərinə görə, İP mayın 6-da mitinq keçirərək, prosesi 19 maya qədər aparmalıydı. Pənah Hüseyn çıxışında vicdan məhbuslarının məsələsinə toxunub. Bildirib ki, İP vicdan məhbuslarının azad olunmasına nail olmalıdır: ?Onların aclıq aksiyasına gərək yoxdur. Lazım gəlsə biz, kütləvi şəkildə aclıq aksiyası keçirməliyik. Bu, bizim üçün bir növ namus məsələsidir. Biz dostlarımızın azad olunması üçün hər şeyə gedəcəyik - iqtidar qulaqlarını açıb, nəhayət bizi eşitsin. Bizim planlarımız çoxdur?. AXCP sədrinin müavini Nurəddin Məmmədli dedi çıxışında razılışdarılmamış aksiyaların yaradacağı problemlərə toxunub: ?Razılaşdırılmamış aksiyalar xalqın qorxu hissini daha da artırır, hakimiyyətə repressiya imklanları yaradır, Lakin 7 mayda razılaşdırılmamış piketin keçirilməsini normal addım hesab edirəm. Biz bu aksiya vasitəsi ilə dünyaya göztərməliyik ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur?. Müsavat başqanı İsa Qəmbər vicdan məhbuslarının azadlığa çıxmasının vacibliyini vurğulayıb və bu istiqamətdə İctimai Palatanın bütün vasitələrdən istifadə edəcəiyni deyib. Müsavat başqanı mitinqlərlə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, İP-nin keçiriyi aksiya kimi heç YAP-da aksiya keçirə bilməz: ?Bizim taktikamız budur ki, mübarizəmizi icazəli kütləvi aksiyalar və flaşmoblar vasitəsi ilə davam etdirək. Bunu da uğurla həyata keçirdik. İndi də yeni mərhələyə, taktikamızı dəyişməklə, gedirik?. Buna əsas səbəb kimi hakimiyyətin durmadan repressiyalar aparmasını və hətta icazəli məkanda da toplaşmağa imkan verməməsini göstərdi: ?20-ci sahədəki mitinq meydanına yaxın olan evlərin də az qala hər birinə bir polis qoymuşdular. Aksiyalar davam edəcək, 7 mayda biz həm dinc məramımızı, həm də gücümüzü göstərməliyik. Ola bilər ki, 13 və 19 mayda da şəhərin mərkəzinə mitinq təyin edə bilərik ?. Sonda sessiyada səslənən təkliflər səsə qoyuldu və qəbul olundu. İP-in 5 may sessiyası 13 və 19 may tarixlərində mitinq keçirilməsi ilə bağlı qərar verdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA