Azərbaycanda 4 qolu, 4 ayağı olan uzaq doğuldu

img

04-05-2012 [04:37]


Azərbaycan rayonlarından birində 4 qolu və 4 ayağı olan qız uşağı dünyaya gəlib. Day.az-ın verdiyi məlumata görə, uşaq hələ aprelin 6-da doğulsa da, bu haqda məlumat yeni yayılıb. Körpə dərhal Azərbaycan Respublikası Pediatriya Elmi Tədqiqat İnstitutunun azyaşlı uşaqların cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Uşağın yerləşdirildiyi şöbənin müdiri Gündüz Ağayev bildirib ki, körpə hərtərəfli müayinədən sonra əməliyyat olunub. Əməliyyat 3 saat davam edib. Əməliyyatı uşaq cərrahlarından ibarət briqada aparıb. Əməliyyat uğurla başa çatıb və hazırda körpənin həyatına təhlükə yoxdur. Həkimlər onun yaxın zamanlarda tam sağalacağını bildirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA