Ombudsman bəyanat verib

img

04-05-2012 [02:38]


İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Ombudsmanı bəyanatı BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-nun Baş Direktoruna, bir sıra beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb. Bəyanatda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlının həlak olduğu, 50 min nəfərin yaralandığı, əlil olduğu, 4500 nəfərin itkin düşdüyü, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi qeyd olunub. Sənəddə Şuşa şəhərinin işğal olunmasından 20 il keçdiyi, işğaldan öncə 289 kvadrat kilometr ərazisi olan Şuşada 24900 nəfər əhalinin yaşadığı, işğaldan sonra orada Azərbaycana məxsus tarixi, maddi-mədəniyyət abidələrinin ermənilər tərəfindən məhv edildiyi göstərilib. ?Ermənilər zəbt olunan Azərbaycan ərazilərində soydaşlarımızın qəbirlərini sökür, mərmər daşları, qəbirüstü abidələri qarət edirlər... Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının müddəalarını kobudcasına pozan Ermənistan Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. İşğalçılıq və terrorçuluq siyasətinin dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini xatırladan ombudsman nüfuzlu beynəlxalq təşkilatları Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə son qoyulması, qaçqın və məcburi köçkünün öz yurdlarına dönməsi, onların hüquqlarının bərpa edilməsi istiqamətində səylərini artırmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA