Qafqaz Universiteti Olimpiadada öndədir

img

02-05-2012 [03:18]


Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 may Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan ?Ali məktəb tələbələri arasında İnformatika üzrə VII Ümumrespublika Olimpiadası?nın ilk mərhələsi keçirilib. Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda (hər komandada 3 nəfər) iştirak edib. Olimpiadanın ikinci (final) mərhələsinə 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb. Qafqaz Universitetinin 10 komandasından 7-ifinal mərhələsinə vəsiqə qazanıb. Universitetdən ?Qafqazinfo?ya verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının 8 komandasından 1-i, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının 5 komandasından 1-i, Bakı Dövlət Universitetinin 5 komandasından 3-ü finala vəsiqə qazanıb. Aprelin 29-da keçirilən final mərhələsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilib. Müsabiqədə I, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanıb. Olimpiadada ilk 4 yerə layiq görülən komandalar ?Azerfon? və ?BestComp Group? şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA