Hərbi Dəniz Qüvvələrinin Komandanı zabitlərlə məhkəmədə çəkizir

img

02-05-2012 [01:14]


Silahlı Qüvvələrimizin Hərbi Dəniz Donanmasının Komandası, kontr-admiral Şahin Sultanov N saylı hərbi hissəsinin zabitlərini uzun illər yaşadıqları mənzillərindən qovdurmaqla yetməyib, onları məhkəməyə verməklə, qanunla nəzərdə tutulan kompensasiyalarından da məhrum etmək istəyir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məhkəmədən məlumat daxil olub. Məlumatda bildirilir ki, Bayraq Meydanının genişləndirilməsi ilə bağlı Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsi köçürülməsinə qərar verilib. Bu zaman hərbçilərin yaşayış üçün istifadə etdikləri xidməti mənzillər də plana düşüb və onların köçürülməsi zərurəti yaranıb: ?Aydın Quliyev küçəsi 4 A və 4 B küçəsində yerləşən mənzillərin hər birinə Əmlak Komitəsi 1500 manat kompensasiya təyin etsə də, 28 zabit ailəsinə bu pul verilmədi. Əksinə, Şahin Sultanovun göstərişi ilə onları məhkəməyə verib, mənzil hüquqlarından məhrum etdilər. Lakin admiralın bir neçə zabitə qarşı iddiası birinci instansiya məhkəmələri tərəfindən rədd olunub. Belələrindən biri də N saylı hərbi hissə tərəfindən zabit Əzizov Emil Nurəddin oğluna və onun həyat yoldaşı Svetlana Əzizovaya qarşı qaldırılıb. Lakin Səbail Rayon Məhkəməsi bu zabitlərin haqlı olduğu qənaətinə gəlib. Lakin kompensasiya ilə bağlı hələ də mübahisə davam edir. Ona görə də tərəflər qarşılıqlı şikayət veriblər. Hazırda hərbi hissə rəhbərliyi adıçəkilən zabitin və ailəsinin hərbi hissənin inzibati binasından çıxarılmalarını, qarşı tərəf isə nəzərdə tutulan kompensasiyanı tələb edir?. Bakı Apellyasiya Məhkəməsindən aldığımız məlumata görə, qarşılıqlı şikayət bu məhkəmədə hakim Xəqani Məmmədovun sədrliyi ilə araşdırılır: ?Hakim sabah iş üzrə qərarını elan etməlidir?. #601; verib, m

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA