Allahzükür Pazazadə Serbiyaya gedir

img

01-05-2012 [05:21]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Serbiya dövlətinə səfərə yola düşür. Bu barədə MIA-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib. QMİ sədri A.Paşazadə mayın 3-də Belqrad əhərində Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş ?Bayraqlı Cami? məscidinin və ?Müqəddəs Petka? kilsəsinin açılış mərasimlərində iştirak edəcək. Təntənəli açılış mərasimlərində Azərbaycan və Serbiyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, müsəlman və xristian din xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edəcək. Nümayəndə heyətinin tərkibində Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeyin də Belqrada səfər edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA