General Arzu Rəhimov kar cəbhəçini əsgərliyə apardı

img

01-05-2012 [11:07]


Aprelin 30-da AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı hərbi xidmətə aparılıb. Cabbar Savalanlının anası Təravət Əliyeva verib. Onun sözlərinə görə, bu gün oğlunu Sumqayıtda hərbi komissarlığa çağırıblar: ?Bizi aldatdılar, dedilər ki, gəlin müayinədən keçin. Bir də gördüm Cabbar zəng edib dedi ki, məni aparırlar. Bizim əlimizdə sənədlər var. Cabbar əsgərliyə aparıla bilməz?. Vəkil Əshabəli Mustafayev bildirib ki, Cabbar Savalanlının bir qulağı eşitmir: ?Biz ixtisaslaşmış klinikanın verdiyi rəyi hərbi komissarlığın tibbi komissiyasına təqdim etmişik. Neçə gün idi Cabbarı komissarlığa dəvət edirdilər. Bu gün də çağırmışdılar. Cabbar getdi, məlum oldu ki, həkim yoxdur. O dayısıgilə getdi, sonradan zəng edib deyiblər ki, saat 1-də komissarlıqda olmalısan. İkinci dəfə gedəndə ona bildiriblər ki, saat 3-də hərbi xidmətə gedirsən. Cabbarı Qobustana aparıblar?. Əshabəli Mustafayev deyir ki, məhkəməyə müraciət edəcəklər: ?Məhbəs həyatı yaşayan adam reabilitasiya dövrü keçməlidir. Buna imkan vermədilər. Cabbar Savalanlının sağlamlığı barəsində düşünmürlər. Qulağı eşitmir və bu ona hərbi xidmətdə problemlər yaradacaq. Biz bundan narahatıq. Ona görə də məhkəməyə üz tutub məsələni hüqiq müstəvidə həll etmək istəyirik?. Cabbar Savalanlı 2011-ci il fevralın 5-də tutulub, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb (Azadlıq.az). Onu da xatırladaq ki, C.Savalanlının xəstə halda hərbi xidmətə aparılmasını üzvü olduğu AXCP tərəfindən də kəskin qarşılanıb. Partiya bəyanat verərək, bunu fəal cəhbəçiyə və AXCP-yə qarşı növbəti qanunsuzluq addımı sayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA