Məktəblilər yol hərəkəti qaydaları ilə bağlı biliklərini nümayiz etdirdilər

img

30-04-2012 [06:47]


Aprelin 28-də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) ?Eurovision - 2012? mahnı müsabiqəsi ərəfəsində yol-nəqliyyat qəzalarının sayının aşağı salınması məqsədilə orta məktəb şagirdləri arasında yol hərəkəti qaydalarının təbliği məqsədilə tədbir keçirib. ?Jurnalistika və İnkişaf Mərkəzi? İctimai Birliyi ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə həyata keçirdikləri layihə çərçivəsində 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzində təşkil olunmuş tədbirdə paytaxt ərazisindəki orta məktəblərin şagirdləri, valideynlər, yol polisi əməkdaşları, könüllülər iştirak ediblər. Tədbir məktəblilərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə təşkil olunub. BŞDYPİ-nin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, paytaxt ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində təbliğat işlərinin aparılması xüsusi önəm kəsb edir: ?Bu istiqamətdə məktəbyaşlı uşaqlar arasında da təbliğat işi aparılır. Bugünkü tədbirin məqsədi azyaşlı uşaqların həyatının və sağlamlığının yol qəza hadisələrindən qorunması, eyni zamanda küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır. Bu istiqamətdə təbliğat işləri aparmaqla uşaqlara yol hərəkəti qaydalarını öyrətməyə çalışırıq?. Digər çıxış edənlər də məktəblilər arasında bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər. Bildirilib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ?Jurnalistika və İnkişaf Mərkəzi? İctimai Birliyi və 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzi ilə birgə ?Eurovision - 2012? mahnı müsabiqəsi ərəfəsində yol-nəqliyyat qəzalarının sayının aşağı salınması məqsədilə ?Diqqət piyada!?, ?Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!?, ?Sürət məsafəni yox, ömrü qısaldır?, ?Öyrən əməl et, öyrət tələb et!? və s. mövzularda tədbirlər həyata keçirir. Bu tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Tədbirdə uşaqlar şair, ədəbiyyatşünas, tərcüməçi, publisist, Əməkdar Mədəniyyət İşçisi, Rafiq Yusifoğlunun şeirlərindən parçalar ifa edib, şairin kitablarından ibarət sərgi ilə tanış olublar. Sonra məktəblilər yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər göstəriblər. Fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA