Hacıbala Abutalıbovun oğlu yəhudi iz adamının üstünə vəhhabi "qoçu" göndərir

img

30-04-2012 [04:26]


Bu gün daha bir iş adamı təzyiqlərlə əlaqədar mətbuat konfransı keçirib. Əsasən qızılın alışı, təmiri və lombardı ilə məşğul olduğunu bildirən yəhudi əsilli iş adamı Qurban Mahmudov bildirib ki, ?Yasamal rayonu Nazim Hikmət 25 ünvanında yerləşən iki otaqlı obyekti 2009-cu ildə ?SPEKTR? Kiçik Müəssisəsindən müqavilə əsasında icarəyə götürüb. Onun sözlərinə görə, bu müəssisənin icraçı direktoru Bəxtiyar Məmmədov adlı şəxslə heç bir problemi olmayıb: ?Biz üç şərikik. Şəriklərimin ikisi Moskvadadır. Bu obyektə görə, min manat mən, min manat isə digər şərikim icarə haqqı verirdik. Ancaq Bəxtiyar Məmmədov bizə 800 manatlıq qəbz verirdi. Əslində bu onun şəxsi işidir, biz pulumuzu verib fəaliyyətimizi davam etdirirdik. Ola bilsin ki, o daha az vergi ödəmək üçün icarə pulunu sənəddə az miqdarda göstərirdi?. İş adamı Qurban Mahmudov deyib ki, aprelin 27-də onun icarəyə götürdüyü ofisə saqqalı və qısa şalvarda şəxs gələrək onlardan fəaliyyətlərini dayandırmağı və bu obyekti tərk etməyi tələb edib: ?Mən onlara kim olduqlarını soruşdum. Onlar bildirdilər ki, İsrafil Abutalıbovun göstərişi ilə bura gəliblər və onun adından danışırlar. Bundan sonra mən dərhal Bəxtiyar Məmmədova zəng edərək bu şəxslərin kim olduğunu, onun bu məsələdən xəbərdar olub-olmadığını soruşdum. Bəxtiyar Məmmədov boğuq səslə dedi ki, İsrafil Abutalıbov Bakı meri Hacıbala Abiutalıbovun oğludur. Məndə ona cavab verdim ki, sənin direktor olduğun ?SPEKTR? müəssisəsi ilə mənim və şərikimin müqaviləsi var. Mənim müqaviləm ildə bir dəfə təzələnir, şərikimin müqaviləsinin müddəti isə 2019-cu ildə başa çatır. Ancaq hiss edirdim ki, Bəxtiyar Məmmədovun səsi xırıldayır, sanki gələnlərdən çəkinirdi. İsrafil Abutalıbovun adamları bizə deyir ki, siz burada dinə və şəriətə əks fəaliyyət göstərirsiniz və buna görə fəaliyyətinizi dayandırmalısınız. Əslində biz orada artıq 4 ildir ki, fəaliyyət göstəririk və hər ayda 2 min manat icarə haqqı veririk. Necə oldu ki, bizim fəaliyyətimizi 4 ildir görmürlər, icarə haqqını zövqlə alırlar, amma indi deyirlər ki, şəriətə əks fəaliyyət göstəririk??. Yəhudi əsilli iş adamı deyib ki, onun 1 illik müqaviləsi mayın sonlarında başa çatır: ?Mənimlə imzalanan müqavilə başa çatdıqdan sonra onu yenidən imzalamaya bilərlər. Ancaq şərikimin müqaviləsinin müddəti 2019-cu ildə bitir. Əgər belə olsa, mən Moskvaya, şərikim isə bura gəlib işləyə bilər. Ancaq bunlar deyirlər ki, fəaliyyətinizi dayandırın və obyekti tərk edin. Mənim orada 3 min müştərim var, bankdan 1 milyon manat kredit götürmüşəm. Əgər işi dayandırsam kreditləri ödəyə bilmərəm. Bundan başqa, biz 150 şəhid ailəsi və qaçqına yardım edirik. İsrafil Abutalıbov gedib Londonda kef edib, indidə gəlib deyir ki, fəaliyyətinizi dayandırın. Əslində bu obyektin ona aidiyyəti yoxdur?. Qurban Mahmudov söyləyib ki, onlar prezidentin apardığı siyasəti dəstəkləyirlər: ?Prezidentə, eləcədə birinci xanıma təşəkkür edirəm ki, burada az saylı millətlərin mehriban şəraitdə yaşamasını təmin edirlər. Mən bu hadisə ilə bağlı olaraq DİN, MTN, Bakı meriyası, prezident və birinci xanıma teleqrama vurmuşam. Ancaq hələlik cavab almamışıq?. Sonda iş adamı deyib ki, onlar bu obyekti tərk etməyib fəaliyyətlərini davam etdirəcəklər: ?Bizi zor gücünə oradan çıxarmaq istəyirlər.Nə olsun ki, mən yəhudiyəm? Mən Azərbaycanda doğulmuşam və bu ölkənin vətəndaşıyam. İsrail səfirliyinə də müraciət etmək niyyətim yoxdur. Çünki bu siyasi məsələ deyil?. Xatırladaq ki, Azərbaycan reallığında bəzən sadə vətəndaşların adına olan böyük obyektlərin sahibi yüksək çinli məmurlar olurlar. Ehtimal edilir ki, bu obyektin sahibi də əslində İsrafil Abutalıbovdur, sadəcə sənədlər sadə bir şəxsin adınadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA