AiDP və AXDP əməkdağlığa bazladı

img

30-04-2012 [01:19]


Azərabycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı ilə Azərbaycan Xalq Demokrat Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu arasında görüş keçirilib. Görüş AİDP-nin qərargahında baş tutub. Bu barədə AİDP sədri Tahir Abbaslı partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, görüşdə ərəb ölkələrində, konkret olaraq hazırda Suriyada gedən proseslər, ümumilikdə türk-islam dünyasında baş verənlər, Azərbaycandakı ictimai ? siyasi vəziyyət müzakirə olunub. T.Abbaslının sözlərinə görə, görüşdə müxalifətin hazırkı durumu, son mitinqlər də müzakirə olunub, təhlillər aparılıb. Yekun rəy ölkədə yeni bir qüvvəyə ehtiyaçın olduğu bildirilib. AİDP sədrinin məlumatına görə, görüşdə AİDP ilə AXDP arasında əməkdaşlığın davam etdirilməsi, genişləndirilməsi və bu məqsədlə partiya rəhbərliyinin görüşlərinin intensivləşdirilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA