Mədəniyyət və Turizm Nazirliyinə 20 min manatlıq fırıldaq gəliblər

img

30-04-2012 [01:18]


Əbülfəs Qarayevin rəhbərlik etdiyi Mədəniyyət və Turizm Nazirliyini Dövlət Neft Şirkətinin ?Azəriqaz? İstehsalat Birliyi məhkəməyə verib.Bu barədə Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir ki, ?Azəriqaz? rəhbərliyi nazirin rəhbərlik etdiyi qurumdan istifadə etdikləri təbii qazın borcunun ödənilməsini tələb edirlər. Lakin tərəflər arasında borcun məbləği ciddi mübahisə yaradıb. Belə ki, nazirlik borcun həddən artıq şişirdildiyini, yəni nazirliyiə fırıldaq gəlindiyini əsas gətirməklə, tələb olunan 20 min manata yaxın vəsaiti ödəməkdən imtina edir: ?Buna görə də tərəflər arasındakı mübahisə hüquqi müstəviyə daşınıb. Və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə Mədəniyyət və Turizm Nazirliyi haqlı çıxıb. ?Azəriqaz? rəsmiləri isə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti veriblər. Hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Səriyyə Seyidovanın sədrliyi ilə bu şikayətə baxılır. Qaz təsərrüfatının rəhbərliyi Mədəniyyət və Turizm Nazirliyindən 20 min manata yaxın borcu, daha dəqiqi, 19.738,42 manat məbləğində vəsaitin tutulmasında israrlı görünür?. Məsələ ilə bağlı tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Amma məhkəmədən fakt təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA